Britaniyalı jurnalist: Qarabağda demək olar hər şey dağıdılıb

post-img

Qarabağa, Şuşa şəhərinə ilk dəfədir səfər edirəm. Qarabağda demək olar hər şey – dükanlar, evlər, mədəni abidələr dağıdılıb.

Bunu AZƏRTAC-a açıqlamasında Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində keçirilən dinc aksiya yerinə gələn britaniyalı jurnalist Robert Parker deyib.

Qarabağın təbiətinin, dağların mənzərəsinin çox gözəl olduğunu söyləyən R.Parker qeyd edib: “Mən, ümumiyyətlə, Azərbaycana on il əvvəl səfər etmişəm. Buraya gəldiyim üçün çox xoşbəxtəm və qürur duyuram. Region füsunkar təbiəti ilə insanı heyran edir. İnanıram ki, burada olan dağıntılar tezliklə bərpa ediləcək”.

Son xəbərlər