Tbilisidə Xocalı soyqırımını tanıtma aksiyası

post-img

Tbilisidə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı tanıtma hərəkatı keçirilir. Aksiya Gürcüstandakı “Azərbaycan Evi”nin, AZEBİ və Alyans Gənclər Mərkəzinin birgə təşəbbüsü və təşkilatçılığı ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilib.

Aksiya zamanı üzərində gürcü və ingilis dillərində “Xocalıya ədalət” yazısının əks olunduğu 4 ədəd ki­çik həcmli yük avtomobili Tbilisinin mərkəzi küçə və prospektləri olan Çavcavadze prospektindən başla­yaraq, Rustaveli, Azadlıq meydanı, Pekini, Kostava, Marcanişvili met­rostansiyalarının qarşısında və Ce­reteli prospektlərində, eləcə də əhali­nin və nəqliyyatın sıx olduğu küçələr, prospektlərdə və meydanlarda fevral ayının 28-i axşam saat 20:00-dək hərəkət edəcəklər.

Gürcüstandakı “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov jurnalistlərə müsahibəsində deyib: “Heydər Əliyev Fondunun vitse-pre­zidenti, “IDEA” İctimai Birliyinin tə­sisçisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başladılan “Xocalı­ya ədalət” təbliğat və təşviqat kam­paniyasına 10 ildən artıqdır ki, biz də qoşulmuşuq. Bu illər ərzində XX əsrin ən böyük qətliamı olan Xoca­lı soyqırımının tanıdılması və təbliği məqsədi ilə paytaxtda bu illər ərzin­də bir sıra tədbirlər, yürüşlər, buklet və broşurların paylanılması aksiya­ları və konfranslar keçirmişik. Builki aksiyamız fərqli olaraq bütün paytax­tı əhatə etmək məqsədini daşıyır”. 

Qeyd edilib ki, bu aksiyaların və tədbirlərin məqsədi 31 il öncə ermə­ni cinayətkarlarının xalqımıza qarşı törətdiyi amansız soyqırımını Gür­cüstan ictimaiyyətinə, Tbilisi sakin­lərinə, eləcə də paytaxtda olan digər millətlərə çatdırmaqdır.

 

“Xalq qəzeti”

Son xəbərlər