Naxçıvanda soyqırımı konfransı

post-img

AMEA Naxçıvan Bölməsində Xocalı soyqırımının ildönümünə həsr edilmiş konfrans keçirilib. 

Toplantını giriş sözü ilə açan Böl­mənin sədri, akademik İsmayıl Hacı­yev XIX əsrdən başlayaraq Azərbay­can torpaqlarına ermənilərin məqsədli şəkildə köçürülməsindən, onların tarixi torpaqlarımız hesabına “Böyük Er­mənistan” xülyasını gerçəkləşdirmək cəhdlərindən, bu məqsədlə xalqımıza qarşı törətdikləri kütləvi qırğınlardan və soyqırımlardan danışıb. 

Konfransda vurğulanıb ki, ermə­nilərin xalqımıza qarşı həyata keçirdik­ləri soyqırımı siyasətinin əsas qayəsi İrəvan, Naxçıvan, Qarabağ kimi əzəli Azərbaycan torpaqlarına yiyələnmək, “öz arzularına” bir addım da yaxınlaş­maq olub. Azərbaycanın tarixi əraziləri ilə bağlı imzalanan heç bir müqavilədə ermənilərin adı çəkilmir. Təkcə bu fakt deməyə əsas verir ki, ermənilərin Azər­baycan torpaqlarında heç bir “qədim tarixi” ola bilməz. 

Qeyd edilib ki, Zəngəzur bölgə­sinin Azərbaycandan qoparılması ilə Naxçıvan ölkənin əsas hissəsindən ayrı düşüb. Ermənistandan Qarabağa nəzarətsiz dəhliz tələb edən erməni rəhbərliyi Naxçıvan üçün belə bir yolun açılmasını əsassız olaraq ləngidir.

 

Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”

Son xəbərlər