Türk Dövlətləri Təşkilatının Xocalı bəyanatı

post-img

Türk Dövlətləri Təşkilatı (TDT) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanat yayıb. Təşkilatın baş katibi Kubanıçbek Ömuraliyevin imzaladığı bəyanatda deyilir: 

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüv­vələri tərəfindən Azərbaycanın Xo­calı şəhərində dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımından 31 il ötür. Bu zorakılıq nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb. Xocalının acı xa­tirəsi hələ də azərbaycanlı bacı-qar­daşlarımızın qəlbində qalıb. Türk Dövlətləri Təşkilatı olaraq biz Xocalı soyqırımı qurbanlarını dərin ehti­ramla yad edir, Azərbaycan xalqı və hökuməti ilə çiyin-çiyinə olmağa davam edirik”.

“Xalq qəzeti”

Son xəbərlər