Şəmkirlilərin sifarişi ilə hazırlanmış evlər Türkiyəyə yola salındı

post-img

Türkiyədə zəlzələdən zərər çəkənlərə Azərbaycanın bütün şəhər və rayonlarından göndərilən humanitar yardımların ardı-arası kəsilmir. 

Təbii ki, hazırda fəlakət zonasında evsiz-eşiksiz qalmış insanların isti sı­ğınacaqlarla təmin edilməsi daha va­cibdir. Ona görə də son vaxtlar müasir modul tipli evlər hazırlanaraq mərhələli şəkildə Türkiyəyə göndərilir. Qısa müd­dətdə və yüksək keyfiyyətlə hazırlanan 1 və 2 otaqlı həmin evlərdə bütün lazımi şərait yaradılıb.

Belə evlərdən 5-i də Şəmkir Rayon İcra Hakimiyyətinin sifari­şi ilə hazırlanıb və qardaş ölkəyə yola salınıb.

Qeyd edək ki, Şəmkir sakinləri tərəfindən fəlakətin ilk günlərindən ziyan çəkmiş əhaliyə lazım olan isti paltar, yataq dəstləri, müxtə­lif ərzaq və sənaye məhsulları, dərman preparatları, qızdırıcılar, generatorlar, çadırlar göndərilib. Bütöv­lükdə isə Şəmkirdən 5 TIR humanitar yardım Kahramanmaraş, Malatya, Adı­yaman və digər bölgələrə yola salın­mışdır.

 

Hamlet QASIMOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

Son xəbərlər