Könüllülərimizin zəlzələ bölgəsində fəaliyyəti davam edir

post-img

Kahramanmaraşda baş verən zəlzələlərdən sonra bölgəyə təyinat alan Samsun vilayətinin valisi Zülkif Dağlının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan könüllülərinin düşərgəsinə baş çəkib.

Bu barədə redaksiyamıza Azərbay­can Gənclər Fondundan bildirilib ki, sö­zügedən görüşdə onu Kahramanmaraş vilayətinin baş prokuroru Sedat Çelik və polis rəisi Ömər Urhal müşayiət edib. Türkiyəli rəsmilər Azərbaycanın könül­lü gənclərinin qardaş ölkədəki bu nəcib fəaliyyətini çox yüksək qiymətləndirib, onlara minnətdarlığını ifadə ediblər.

Xatırladaq ki, təbii fəlakətdən zərər görmüş bölgələrdəki çadır şəhərciklə­rində könüllü kimi çalışan azərbaycan­lı gənclər minlərlə zərərçəkmiş şəxsə xidmət edir, eləcə də zərərçəkmiş böl­gələrdəki müxtəlif məntəqələrdə qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanma­sını həyata keçirir. Onlar yerli əhaliyə səyyar şəkildə su və isti içkilər payla­yır, müxtəlif ərazilərdə yerləşən onlarla məhəlləyə zəruri yardımları çatdırır və digər dəstəkverici xidmətləri göstərirlər. Könüllü gənclərimiz onlarla kəndə də səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal iştirak edirlər.

Azərbaycan könüllüləri zəlzələdən zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsə­dilə xüsusi çadırlar quraşdırır, habelə təbii fəlakət zamanı uşaqların keçirdiyi sarsıntıları, yaşadıqları travmaları mi­nimuma endirmək üçün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti göstə­rirlər. Bununla yanaşı, tibb təhsilli könül­lülərimiz yerli əhaliyə ilkin tibbi yardım göstərdikdən sonra peşəkar həkimlərə yönəldir, eləcə də səyyar apteklərdə zərərçəkənlərə xidmət edirlər.

 

“Xalq qəzeti”

Son xəbərlər