FHN-in səhra hospitalları 1364 nəfərə yardım edib

post-img

Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən redaksiyamıza bildirilib ki, hospitallarda ötən günlər ərzində ümumilikdə 260-ı uşaq olmaqla 1364 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səh­ra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.

 

“Xalq qəzeti”

Son xəbərlər