Azəri-Çıraq-Günəşlidən 537 milyon ton neft çıxarılıb

post-img

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilata başlanıldığı 1997-ci ilin noyabr ayından 2023-cü il mayın 1-dək 573 milyon ton neft çıxarılıb. Ümumi neftin 134,2 milyon tonu “Çıraq”, 355,6 milyon tonu “Azəri”, 83,2 milyon tonu isə “Dərinsulu Günəşli” yataqlarının payına düşüb. 

“Əsrin müqaviləsi”nin operatoru olan BP-nin son məlumatına əsasən, 2023-cü ilin birinci rübündə AÇG yataqlar blokun­da hasilatın ümumi həcmi 386 min barel təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 434 min barelə bərabər olub. 

Bu arada, cari ilin 5 ayı ərzində “Azə­ri-Çıraq-Günəşli” yataqlar bloku üzrə əldə olunmuş gəlirlər də açıqlanıb. Döv­lət Neft Fondundan verilən məlumata görə, 2023-cü il yanvarın 1-dən iyunun 1-dək AÇG yataqlar bloku üzrə əldə olu­nan ümumi gəlirlər 3 milyard 13 milyon ABŞ dolları təşkil edib.

“Xalq qəzeti”

İqtisadiyyat