Taxıl biçininə hazırlıq başa çatıb

post-img

Son illər ölkəmizdə uğurla həyata keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq kənd təsərrüfatının sürətli inkişafı məqsədilə çoxşaxəli dövlət dəstəyi sistemi qurulub, bu sahənin potensialının reallaşdırılmasına yönəldilən resursların həcmi artırılıb.

Bununla bərabər, meliorasiya–irriqasi­ya sisteminin yenidən qurulması və təkmil­ləşdirilməsi üçün dövlət büdcəsi vəsaitləri hesabına son 10 il ərzində 390 min hek­tardan çox sahədə torpaqların su təminatı yaxşılaşdırılıb, 188 min hektar sahə yeni suvarılan torpaqlar qrupuna əlavə edilib. Həmçinin suvarılan sahələrdə müvafiq dövlət dəstəyi sayəsində tətbiq olunan müasir suvarma sistemlərinin payı artıq 5 faizdən çox yüksəlib.

Həyata keçirilən layihələr nəticəsində ötən il ərzində respublikada kənd təsərrü­fatının ümumi məhsulunun faktiki qiymət­lərlə dəyəri 10 milyard 984,2 milyon manat təşkil edib ki, onun da 5 milyard 446,2 mil­yon manatı heyvandarlıq, 5 milyard 538 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Ölkə üzrə kənd təsərrüfa­tının istehsalı əvvəlki illə müqayisədə 3,4 faiz artıb.

Cari ilin yanvar-mart aylarında isə respublikada ümumi daxili məhsul (ÜDM) istehsalının 2,6 faizini kənd təsərrüfatı sahəsinin payına düşməsi, yanvar-fevral aylarında 895,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edil­məsi və həmin göstəricinin ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz çox olması kənd təsərrüfatının inkişaf strategiyasın uğurla gerçəkləşdirilməsinin məntiqi nəti­cəsidir.

Aqrar sektorda inkişaf dinamikası­nı diqqətə çatdırmaq üçün, ilk növbədə, statistik göstəricilərə əsaslanaraq bildirək ki, bu il Azərbaycanın əksər rayonların­da yazlıq bitkilərin əkini optimal müddət­də başa çatdırılıb, 55 min hektara yaxın sahədə yazlıq bitkilər, o cümlədən 9 min hektara yaxın sahədə dənli və dənli pax­lalı bitkilər əkilib. 

Kənd Təsərrüfatı Nazirliyindən aldığı­mız məlumata əsasən, cari il 1 058 398,9 hektar sahədə taxıl əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir.

Qeyd edək ki, ötən ilin iyul ayında imzalanan “Ərzaqlıq buğda ilə özünütə­minetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Prezident fərmanına əsasən, 5 il müddətində pilot suvarma sistemindən istifadə edərək key­fiyyətli məhsul yetişdirən hüquqi və fiziki şəxslərə dəyirman və Dövlət Taxıl Fondu­na təhvil verdikləri məhsula görə subsidi­ya ayrılacaq. Aqrar Subsidiya Şurasının qərarına əsasən bu subsidiyanın həcmi hər tona görə 100 manat təşkil edəcək. Eyni zamanda, dövlət pilot suvarma sis­temlərinin idxalı da subsidiyalaşdırılacaq, dəyərin 60 faizi qarşılanacaq, qalan 40 fa­izə isə güzəştli kredit ayrılacaq. 

Onu da deyək ki, artıq taxıl biçini pro­sesinin idarə olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyində və dövlət aqrar in­kişaf mərkəzlərində qərargahlar yaradılıb. Biçinin optimal müddətdə başa çatdırılma­sı, məhsulun vaxtında və itkisiz yığılması üçün nazirliyin prosesdə iştirak edən qu­rumlarının fəaliyyətlərinin qərargah tərə­findən koordinasiya olunması, taxıl biçini­nin gedişatının gündəlik olaraq nəzarətdə saxlanılması və operativ zəruri tədbirlərin həyata keçirilməsi qərara alınıb.

“Aqroservis” Açıq Səhmdar Cəmiy­yəti tərəfindən biçinlə bağlı hazırlıqlar da yekunlaşıb. Hazırlıq ərəfəsində bütün ra­yonlar üzrə biçinə cəlb ediləcək mövcud kombaynlara texniki baxış keçirilib, nasaz vəziyyətdə olan texnikalarda təmir- sazla­ma işləri görülüb. Hazırlıqların ilkin mər­hələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizator­lara ödənişsiz təlimlər keçirilib. Cari ildə müxtəlif markalı kombaynlar üzrə ümumi­likdə, 283 mexanizator təlimlərə cəlb olu­nub. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlara sertifikatlar verilib. 

Həmçinin biçin zamanı dislokasiya planına nəzarət olunması üçün kombayn­lar “GPS” nəzarət sistemi ilə təchiz edilib. Bu innovativ nəzarət sistemi biçin zamanı operativliyin reallaşdırılması, biçin prose­sinə və dislokasiya planına nəzarət edil­məsi və şəffaf idarəetmə mexanizminin qurulmasını şərtləndirir. 

Hər il olduğu kimi bu il də kənd və qəsəbələrdə biçin prosesinin növbəli­lik əsasında həyata keçiriləcəyi nəzərdə tutulub. Növbəliliyin yaradılmasına icra nümayəndəlikləri və bələdiyyələr tərəfin­dən dəstək göstəriləcəyi planlaşdırılıb. Biçinə və növbəlilik sisteminə nəzarətin təmin olunmasının isə Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) tərəfindən gerçəkləşdi­riləcəyi qərara alınıb. 

Bu il taxıl biçini prosesinə 2 minə­dək taxılbiçən kombaynın cəlb olunması nəzərdə tutulur. Bunlardan 670-sı “Aqro­servis” ASC-nin balansında olan kombay­nlardır. 

Kənd Təsərrüfatı Nazirliyinin “Aqroser­vis” ASC tərəfindən 2023-cü il taxıl biçi­ninə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlarla görüşlər keçirilib. İlk görüş Biləsuvar rayonunda “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəh­manov, Biləsuvar və ətraf rayonların Döv­lət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) rəh­bərlərinin iştirakı ilə reallaşıb. Daha sonra bu görüşlər ardıcıl olaraq bütün ölkəni əhatə etməklə davam etdirilib. Sabirabad, Füzuli, Ağcabədi, Bərdə, Şəmkir, Yevlax, Şəki, Qobustan, Siyəzən və Xaçmaz ra­yonlarında keçirilən görüşlərə bütün ətraf rayonlarda biçin aparacaq mexanizatorlar cəlb olunub. 

Görüşlərdə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi, biçin za­manı qarşıya çıxa biləcək problemlər və onların həllinə dair məsələlər müzakirə edilib. Mexanizatorların təklifləri dinlənilib. Onlara taxıl biçini zamanı biçin qaydaları bir daha izah edilərək, üzərlərinə düşən vəzifə və məsuliyyət barədə məlumatlar verilib.

Aprel ayından başlayaraq davam edən tədbirlər may ayının 30-da “Aqroservis” ASC-nin Xaçmaz Regional Nümayəndəli­yində Xaçmaz, Quba, Qusar, Xızı rayonla­rında biçin aparacaq mexanitorlarla keçi­rilən görüşlə yekunlaşıb. 

Hazırda respublikanın 24 rayonunda arpa biçini davam edir. Biçin prosesinə 532 kombayn cəlb olunub. Kombaynlar­dan 304 ədədi fiziki və hüquqi şəxslərə, 228 ədədi isə “Aqroservis” ASC-yə məx­susdur. İyunun 2-dək respublikanın 24 rayonunda 21 min hektar arpa sahəsi biçi­lib, sahələrdən 48 min tondan çox məhsul yığılıb.

Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert

Respublikamızda son illər ərzində kənd təsərrüfatının modernləşdiril­məsi, aqrar sektorda mövcud prob­lemlərin həllinə sistemli və kompleks yanaşılması istiqamətlərində mühüm uğurlar əldə edilib. Prezident İlham Əliyev tərəfindən aqrar islahatların müasir mərhələsi ilə bağlı qəbul olu­nan qərarlar, bu sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizm­lərinin təkmilləşdirilməsi istiqamətində kompleks layihələrin icrası kənd təsər­rüfatının keyfiyyətcə yeni inkişaf döv­rünə keçməsini şərtləndirib. 

Bütün bu tədbirlərin nəticəsində yerli istehsal potensialı güclənib və ərzaq məhsullarının rəqabətqabiliy­yətliliyi artıb, eyni zamanda, ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin olunması və əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəl­məsi gerçəkləşib. 

Azərbaycanın ərzaq təhlükəsizliyi sahəsindəki nailiyyətləri nüfuzlu bey­nəlxalq qurumların hesabatlarında da əksini tapıb. Qlobal Ərzaq Təhlükəsiz­liyi İndeksi üzrə hesabata əsasən, res­publikamızın ümumi ərzaq təhlükəsiz­liyi indeksində ardıcıl olaraq yüksəlmə müşahidə olunur. Hazırda ərzaq təh­lükəsizliyinin dayanıqlılığının güclən­dirilməsi üçün yeni institusional mexa­nizmlərin yaradılması həyata keçirilir. 

Ölkədə strateji əhəmiyyətli mallar üzrə daha səmərəli təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarın qısa­müddətli mənfi təsirlərə davamlılığının artırılması üçün təsis olunan Dövlət Ehtiyatları Agentliyi uğurla fəaliyyət göstərir. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin 2022-ci il 19 iyul tarixli “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanına əsasən, ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəl­dilməsi, habelə ərzaqlıq buğda isteh­salının təşkili məqsədilə yaradılan yeni mexanizmlər də Azərbaycanın ərzaq təhlükəsizliyinə önəmli töhfələr verir. 

Aqrar sektorda yeni sığorta siste­minin tətbiqi də kənd təsərrüfatının in­kişafını daha da sürətləndirib. Belə ki, bu sahədə istehsal olunan məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalan­ması investisiya risklərini azaldıb, fer­merlərə dövlət dəstəyini gücləndirib, məşğulluğa müsbət təsir edib və sı­ğorta bazarını genişləndirib. 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat