Gömrük daxilolmaları 1 milyard manatdan çox artıb

post-img

2022-ci ildə gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 5 milyard 654,6 milyon manat məbləğində vəsait daxil olmuşdur ki, bu da 4 milyard 605 milyon manat proqnozla müqayisədə 1 milyard 49,6 milyon manat və ya 22,8 faiz, 2021-si illə müqayisədə 1 milyard 311,6 milyon manat və ya 30,2 faiz çoxdur.

Bu barədə Azərbaycan Respublika­sının 2022-ci il dövlət büdcəsinin icra­sına dair illik hesabatda bildirilib.

Hesabat dövründə gömrük orqan­larının xətti ilə proqnozla nəzərdə tu­tulduğundan artıq daxilolmalara səbəb əsasən idxalın həcminin əvvəlki illə müqayisədə 2 milyard 834,1 milyon ABŞ dolları və ya 24,2 faiz artması ilə izah olunur.

“Xalq qəzeti”

İqtisadiyyat