Stolüstü tennisçilərimiz Türkiyə Super Liqasında

post-img

Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Super Liqasında çıxışlarını davam etdirirlər. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, seçmə komandanın üzvləri Zemfira Mikayılova və Mərziyyə Nurmətova növbəti dəfə “Masader Spor Klubu” tərəfindən dəvət alıb. İdmançılarımız yarışın ikinci turunun oyunlarında sözügedən komandanın uğurları üçün çalışacaqlar. Qeyd edək ki, Ankara təmsilçisi Türkiyə çempionatının iddialı komandalarından sayılır. “Masader Spor Klubu” bu mövsüm də mükafatlar uğrunda mübarizə aparmaqdadır. Stolüstü tennisçilərimizin Türkiyə Super Liqasında çıxışına gəldikdə isə, ASTF-nin bu təklifi müsbət qarşılaması, idmançıların oyun təcrübəsinin artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Qabil YUSİFOĞLU
XQ

İdman