Qəbələ görüşünün iştirakçısı: Cəmiyyətlərimizə izah etməliyik ki, qarşı tərəf də sülh istəyir

post-img

Həm Ermənistanda, həm də Azərbaycanda elə insanlar var ki, sülh gündəliyinə və münasibətlərin normallaşmasına qarşı çıxırlar. Sülh prosesinə son dərəcə şübhə ilə yanaşanlar var. Lakin onu tam dəstəkləyən insanlar da var. Hər iki cəmiyyətdə fərqli qruplar var və daha çoxunun harada olduğunu söyləməkdən qorxuram. Bunun üçün sosioloji sorğular lazımdır. Amma bütövlükdə, hər iki cəmiyyətdə bu və ya digər şəkildə eyni iş aparılır - əhalinin sülhə hazırlanması.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə təşkil olunan ikitərəfli dəyirmi masa çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.

“Bu, əməkdaşlıq, qarşılıqlı fəaliyyət və gələcək haqqında yeni povestlərin yaradılması və inkişaf etdirilməsidir. Bir daha vurğulamaq istəyirəm; bu, keçmişi unutmaq və ya ondan dərs almaqdan imtina etmək demək deyil. Bu, o deməkdir ki, köhnə povestlərlə yanaşı, yeniləri də yaradılmalıdır. Bu, əhaliyə həm Azərbaycan, həm də Ermənistan üçün iqtisadi əməkdaşlığın və infrastrukturun inkişafının üstünlüklərini göstərmək zərurəti deməkdir. Əsas məsələ başqadır - həm Ermənistanda, həm də Azərbaycanda qarşı tərəfə etibar yoxdur. Ermənistanda işlədiyim zaman və əminəm ki, Azərbaycandakı həmkarlarımda da eyni vəziyyətdir - mən tez-tez eyni sualı eşidirəm: “Bəli, biz sülh istəyirik, bəs o biri tərəfdə onu istəyirlərmi?”. Buna görə işimizin çox vacib bir hissəsi əks tərəfdə də övladlarını, oğullarını sevdiklərini, övladlarının müharibəyə getməsini istəmədiklərini və onların da sülh istədiklərini göstərmək və izah etmək istəyi olmalıdır”, - deyə Areq Koçinyan bildirib.

Siyasət