Boris Navasardyan: Ümid edirik ki, Bakı və İrəvan arasında mövcud olan ziddiyyətlər aradan qaldırılacaq

post-img

Hələ ki, bütün erməni cəmiyyəti bu təşəbbüsdən xəbərdar deyil, lakin Ermənistan-Azərbaycan görüşləri arasında biz həmvətənlərimizi bu proseslə mümkün qədər geniş tanış etməyə çalışırıq.

Bu barədə AZƏRTAC-a açıqlaması zamanı Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində keçirilən dəyirmi masada iştirak edən İrəvan mətbuat klubunun fəxri prezidenti Boris Navasardyan bildirib.

“Ümid edirik ki, Bakı ilə İrəvan arasında mövcud olan çoxsaylı ziddiyyətlər və fikir ayrılıqları aradan qaldırılacaq. Aydındır ki, son qərar rəhbərlərimizə və hökumətlərimizə qalır. Lakin hesab edirəm ki, bu həllərin modelləri, bizim görüşlərimizdə işlənib hazırlana və təklif oluna bilər”, - deyə B. Navasardyan görüşlə bağlı gözləntilərini bölüşərkən deyib.

Siyasət