Texnoloji məhsulların zəmanət şərtləri dəyişir!

post-img

Avropa İttifaqı (Aİ) yaxın gələcəkdə milyonlarla insanın və minlərlə texnologiya şirkətinin həyatına təsir edəcək bir qərar imzalamağa hazırlaşır. Belə ki, Aİ-yə üzv ölkələrdə texnoloji məhsullar üçün zəmanət şərtləri dəyişəcək. Hazırda 5 ilə qədər olan zəmanət müddəti 10 ilədək artırılacaq. 

Yeni zəmanət şərtləri istehsalçılardan məhsulların satınalındığı tarixdən etibarən 10 il ərzində təmir etməyi tələb edir. Bu həm də o deməkdir ki, zəmanət altında olan cihazların və ya hissələrinin dəyişdirilməsi əvəzinə təmirə ehtiyacı var. . Bununla da, nasaz cihazların yaratdığı tullantıların ən aşağı səviyyəyə endirilməsi nəzərdə tutulur. Burada söhbət təkcə məişət texnikasından deyil, həm də digər istehlak elektronikası, o cümlədən telefonlar, planşetlər və avtomobillər kimi digər məhsullardan gedir.

Yeni qanun layihəsində təmir xərcləri ilə bağlı heç bir məlumat yoxdur. Bu isə o deməkdir ki, ehtiyat hissələri və təmir xərcləri yüksək ola bilər  və onu təmir etmək əvəzinə yeni məhsul almaq daha ucuz başa gələ bilər. Lakin istifadəçilər ümid edirlər ki, Aİ bütün ölkələrin imzalamaq istəyəcəyi bir təklifi ortaya çıxaracaq.

Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”

İKT