Azərbaycan Premyer Liqası avqustun 4-də start götürəcək

post-img

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023-2024-cü illər mövsümünün start tarixi müəyyənləşib. Bu barədə məlumat Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytında yerləşdirilib.

Mənbə qeyd edir ki, yeni mövsüm avqustun 4-də start götürəcək. Premyer Liqadan bir gün sonra isə İcraiyyə Komitəsinin qərarı ilə bərpa edilmiş əvəzedicilərin yarışına start veriləcək.

Turnirin püşkatması və digər detallar daha sonra açıqlanacaq.

Elçin ABBASOV,

"Xalq qəzeti"

İdman