Cavad Ağayev ilk döyüşündə qalib gəldi

post-img

Bu gün Bakıda Kristal Zalda start götürən sayca 26-cı dünya çempionatında ölkəmizi təmsil edən Cavad Ağayevin ilk çıxışı uğurlu alınıb. Dünya çempionatında 68 kiloqram çəki dərəcəsində çıxış edəcək həmyerlimiz otuz ikidəbir final mərhələsindən yarışa başlayıb. O, qırğız idmançısı Eldar Kurmanaliyev ilə qarşılaşıb. Görüş taekvondoçumuzun 2:0 hesablı qələbəsi ilə başa çatıb.  

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman