Bakıda təşkil olunan dünya çempionatında bu gün otuzikidəbir final mərhələsində Qırğızıstan idmançısı Eldar Kurmanalievə 2:0 hesabı ilə qalib gələn Azərbaycan taekvondoçusu Cavad Ağayevin onatıdabir finalda görüşəcəyi rəqibi müəyyənləşib. Belə ki, 68 kiloqram çəki dərəcəsində çıxış edən həmyerlimiz onaltıdabir final mərhələsində Çin təmsilçisi Çenming Ksayo ilə qarşılaşacaq.
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"