“Fənərbaxça” Rayan Kenti transfer etmək istəyir

post-img

Türkiyənin “Fənərbaxça” klubunun yay transfer pəncərəsində ən böyük hədəflərindən olan Rayan Kent Şotlandiyanın  “Qlazqo Reyncers” klubundan ayrılıb. Bu barədə “Qlazqo Reyncers” komandasının “Twitter” hesabındakı paylaşımda deyilir: “Klub bu gün Skott Arfield, Filip Helander, Rayan Kent, Allan McGregor və Alfredo Morelosun müqavilələri başa çatdıqdan sonra onların klubdan ayrılacağını elan edir. Bu oyunçular klubumuzda əla xidmət göstərdilər”.

Qeyd edək ki, hazırda Rayan Kentlə Kanar adaları ölkələri klubları da yaxından maraqlanırlar. 

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman