Azərbaycan Premyer Liqasının son turunun oyun cədvəli açıqlanıb

post-img

Azərbaycan Premyer Liqasının XXXVI turunun oyun cədvəli müəyyənləşib. 

Sonuncu tur iki gün davam edəcək. 

Tura mayın 27-də saat 17:30-da baş­layacaq “Sumqayıt” – “Zirə” oyunu ilə start veriləcək. Qarşılaşma “Kapital Bank Are­na”da keçiriləcək. Günün Qəbələ şəhər stadionunda oynanılacaq ikinci görü­şündə “Qəbələ” və “Kəpəz” komandaları qarşılaşacaq. Bu oyun da saat 17:30-da start götürəcək. Həmin gün saat 20:00-da “Səbail” və “Şamaxı” komandaları “ASCO Arena”da üz-üzə gələcək.

Premyer Liqanın XXXVI turunun di­gər görüşləri mayın 28-də oynanılacaq. Saat 17:00-da “Bakcell Arena”da “Neft­çi” – “Sabah”, saat 19:30-da “Azersun Arena”da “Qarabağ” – “Turan Tovuz” gö­rüşləri keçiriləcək.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman