Almaniyada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş boks turniri

post-img

Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Almaniyanın Kotbus şəhərində beynəlxalq boks turniri keçirilib.

Turnirin birinci mərhələsi Halle (Saa­le), ikinci mərhələsi Maqdeburq/Barleben, final mərhələsi Kotbus şəhərlərində təşkil olunub. 

Yarışda Azərbaycan, Almaniya, Uk­rayna, Polşa, Bolqarıstan, Belarus, Taci­kistan və Rusiyanın boksçuları ümummilli lider Heydər Əliyevin adını daşıyan kubok və kəmər uğrunda mübarizə aparıblar. Yarışın qalibi olan azərbaycanlı idmançı Kənan Hüseynəliyev kəmərə sahib olub.

Müxtəlif çəki kateqoriyalarında ilk üç yerin sahiblərinə kubok və medallar təq­dim edilib.

İdman