“Borussiya” “Bavariya”nın 10 illik çempionluğuna son qoya bilər

post-img

Avropanın 5 ən yaxşı  futbol liqası hesab olunan İngiltərə Premyer Liqası, İspaniya La Liqası, İtaliya A Seriyası, Almaniya Bundesliqası və Fransada Liqa 1-də həftəsonu maraqlı matçlarla yadda qalıb. Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb. 

Belə ki, şənbə günü keçirilən Bundesliqanın 33-cü turunda “Bavariya” klubunun doğma mmeydanda “Leipsiq”ə məğlub olması Dortmund “Borussiyasının liderliyə yüksəlməsinə şərait yarıb. Bazar günü səfərdə “Auqsburq” üzərində 3:0 hesablı qələbə qazanan Dormund “Borussiya”sı 70 xalla turnir cədvəlində liderliyə yüksəlib. “Bavariya” isə 68 xalla ikinci sıradadır.   

Qeyd edək ki, son həftə evdə “Maynts 05”i qəbul edəcək Dortmund “Borussiya”sı həftəni qələbə ilə başa vuracağı təqdirdə vaxtından əvvəl çempionluğu rəsmiləşdirəcək.

Yeri gəlmişkən, “Borussiya” klubu buna nail olsa, “Bavariya”nın 10 illik çempionluq seriyasına son qoyacaq. 

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman