“Paris-2024”ə vəsiqə verən “Əziz Şuşa” velosiped yarışı

post-img

İyun ayının 7-dən 11-dək ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı keçiriləcək.

Şose velosipedinin qrup ötüş­məsi növü üzrə təşkil ediləcək ve­loturda dünyanın 16-dək ölkəsin­dən 18-dək komandanın tərkibində 100-dən çox idmançı medallar uğ­runda mübarizə aparacaq.

Beynəlxalq Velosipedçilər İt­tifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planı­na daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli yarışa iyunun 7-də Bakı şəhərinin Səbail rayonunda yer­ləşən Veloparkdan start veriləcək. İlk mərhələdə velosipedçilər 150 km məsafə qət edərək Şamaxı ra­yonunda finiş xəttini keçəcəklər.

İdmançılar iyunun 8-də Qə­bələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km, iyunun 9-da Qəbələdən Gəncə şəhərinin mərkəzinə qədər 170 km, iyunun 10-da Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Par­kına qədər 102,9 km, iyunun 11-də isə Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafədə yarışa­caqlar.

Qeyd edək ki, nüfuzlu yarışın nəticələrinə əsasən velosipedçilər “Paris-2024” Yay Olimpiya Oyun­larına lisenziya xalları qazana bilə­cəklər.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman