Güləşçilərimizin 11 Qazaxıstan medalı

post-img

Astanada Qazaxıstanın Olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə həsr olunmuş güləş üzrə gənclər arasında (U-20) keçirilən beynəlxalq turnirdə komandamız 11 medal qazanıb. 

Memorialda güləşçilərimiz İlkin Qurbanov (60 kq), Kənan Abdul­lazadə (67 kq) və Ruslan Nurul­layev (72 kq) çempion olublar. İs­mayıl Rzayev (82 kq), Əli Quliyev (87 kq), Məzaim Mərdanov (130 kq) gümüş, Fərid Sadıxlı (55 kq), Təvəkgül Həziyev (67 kq), Rəvan Nuriyev, Aqil Musayev (hər ikisi 77 kq), Etibar Rzayev (87 kq) isə bü­rünc medal əldə ediblər. 

Qeyd edək ki, ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli Ba­bayev ədaləti qoruyub.

İdman