Başqa liqalara ən çox futbolçu göndərən ölkə – Braziliya

post-img

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) digər ölkələrin futbol liqalarına ən çox futbolçu göndərən ölkələrin reytinq siyahısını tərtib edib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərlərdə bildirilir ki, 100 assosiasiyanın yer aldığı siyahıya Braziliya başçılıq edir.

Belə ki, Cənubi Amerika təmsilçisinin 1289 futbolçusu ikinci ölkələrin çempionatlarında mübarizə aparırlar. Siyahıda ikinci yeri Fransa (1033) tutur. Bu göstərici üzrə ilk üçlüyü Argentina (905) tamamlayır. 

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman