Özbəkistanda ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xatirə poçt markası buraxılıb

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Dövlət Poçt İdarəsi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ozarbayjon xalqining Umummilliy Lideri Haydar Aliyevning 100 yilligi” adlanan poçt markası  buraxılıb. 

Üzərində ulu öndərin portreti əks olunan poçt markası 2023-cü ilin Azərbaycan Prezidenti tərəfindən “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq hazırlanıb. 

Poçt markası xatirə üçün Azərbaycan və Özbəkistanın muzeylərinə, hər iki ölkənin dövlət və hökumət nümayəndələrinə göndərilməklə yanaşı, Özbəkistanda daxili və beynəlxalq dövriyyəyə də buraxılacaq. 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən mətbuata bildirilib ki,  ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Özbəkistanda silsilə tədbirlər davam edir və Mərkəz ulu öndərin zəngin irsinin təbliği məqsədi ilə bir sıra layihələr həyata keçirir.  

Qulu Kəngərli, 
Daşkənd

Son xəbərlər