Bu gün Premyer Liqada XXXIV tura yekun vurulacaq

post-img

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq. Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, təxirə salınmış oyunda “Sabah” “Sumqayıt”ın qonağı olacaq. 

Bildirilir ki, hazırda paytaxt klubu 77 xalla turnir cədvəlində ikinci pillədədir. Səkkizinci sıradakı “Sumqayıt”ın isə 28 xalı var.

Yeri gəkmişkən, “Kapital Bank Arena”da keçiriləcək matç saat 19:30-da start götürəcək. 

Qeyd edək ki, bu görüş “Sabah”ın Türkiyənin “Beşiktaş” komandası ilə keçirdiyi xeyriyyə matçına (3:3) görə təxirə salınmışdı.

Onu da əlavə edək ki, turun əvvəlki görüşlərində  "Zirə" klubu evdə "Kəpəz"lə, "Neftçi" komandası "Şamaxı" ilə 1:1 hesablı sülhə razılaşıb. "Turan Tovuz" Qəbələdə eyniadlı komandaya 2:1, "Qarabağ" isə səfərdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəlib.

“Xalq qəzeti”

İdman