"Bakı Atıcılıq Mərkəzində atletlər üçün hər cür şərait yaradılıb"

post-img

"Bakıda birinci, karyeram ərzində ikinci qızıl medalı qazandım. Burada insanların bizə olan isti münasibətini görmək xoşdur".

Bunu Bakıda keçirilən atıcılıq üzrə dünya kuboku yarışlarında 25 metr məsafəyə tapançadan atəşaçma yarışında qızıl medal qazanan çinli tleti Feng Sixuan deyib.

Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan F.Sixuan bildirib ki, Bakı Atıcılıq Mərkəzində atletlər üçün yaradılan şərait haqda ən xoş sözləri deyə bilərəm. Yeganə problem 25 metr məsafəyə atəşaçma zamanı ərazinin bəzən qaranlıq olması idi. Bəzən işıqlı olurdu, bəzən qaranlıq. Bunun nədən qaynaqlandığını deyə bilməyəcəyəm. Ümumilikdə, mərkəz barədə təəssüratlarım yüksəkdir. Avqustda Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcəyimə inanıram. Ümid edirəm ki, həmin yarışda da burada qızıl medal qazanacağam.

A.Elçin,
"Xalq qəzeti"

İdman