"Neftçi" "Qarabağ"a qarşı

post-img

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq. Turun son qarşılaşmasında "Neftçi" komandası lider "Qarabağ" klubunu qəbul edəcək. "Bakcell Arena"da keçiriləcək matçı hakim İnqilab Məmmədov idarə edəcək.

Qeyd edək ki, hazırda turnir cədvəlində lider olan "Qarabağ"ın hesabında 78 xalı var. 61 xala malik "Neftçi" isə ilk üçlükdə qərarlaşıb.

Xatırladaq ki, bu iki komanda arasında ilk qarşılaşma 1992-ci il sentyabrın 26-da olub. Həmin görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Cari mövsümdə isə komandalar bu il fevralın 27-də üz-üzə gəliblər. "Qarabağ"ın meydanında keçirilən həmin görüşdə də 1:1 hesablı heç-heçə qeydə alınıb.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman