Tuxelin işləri yaxşı getmir

post-img

“Almaniyanın “Bayern München” klubu cari mövsüm ölkə çempionluğunu qazana bilməsə, bu, baş məşqçi Tomas Tuxelin istefaya göndərilməsinə səbəb ola bilər”.

 Bu barədə “Xalq qəzeti.az” “Goal.com”a istinadən bildirir ki, alman mütəxəssis təyinatından 2 ay sonra vəzifəsini itirmək təhlükəsi ilə üz-üzzədir. Belə ki, onun rəhbərliyi altında son 7 matçda Bundesliqa təmsilçisi 3 dəfə məğlub olub, 2 qələbə qazanıb, 2 dəfə isə heç-heçə edib ki, bu da, ümumilikdə, qənaətbəxş sayılmır. Əvvəlki baş məşqçi Julian Nagelsmann dövründə isə “Bayern München” yalnız 37 oyunda (bütün yarışlarda) 3 dəfə məğlub olmuşdu.
 
Hazırda Münhen təmsilçisj Çempionlar Liqası və Almaniya kuboku uğrunda mübarizəni dayandırıb. XXIX turdan sonra isə “Bayern München” lider “Borussiya”dan (Dortmund) 1 xal geri qalmaqla turnir cədvəlində ikinci yeri tutur. 
Qeyd edək ki,  “Bayern München” klubunun rəhbərliyi mayın 22-də, klubun mövsümün son oyununa 5 gün qalmış iclas keçirərək, məşqçilər və direktorlar şurası ilə bağlı yekun qərarları qəbul edəcəklər.

Əlavə edək ki, TomasTuxel martın 25-də “Bavariya”nın baş məşqçisi təyin olunub.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman