Azərbaycan futbol tarixində ilk

post-img

“Araz Naxçıvan” komandası Azərbaycan futbol tarixinə düşüb. Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, Naxçıvan Muxtar Respublikasının təmsilçisi 1992-ci ildən təşkil olunan peşəkar səviy­yəli turnirlərdə 5 və ya daha çox qol buraxan, lakin qalib gələn ilk komanda olub.

Qeyd edək ki, bu, I Divizionun XXII turunun “Turan Tovuz-2” ilə səfər oyununda baş verib. Qonaqlar 6:5 he­sabı ilə qalib gəliblər. İndiyədək Azər­baycan çempionatının hər iki liqası (Premyer Liqa və I Divizion), kuboku­nun və Superkubokunun oyunlarında belə hadisə yaşanmayıb.

Tovuz şəhər stadionundakı qarşı­laşma Azərbaycan futbolu tarixinə hər iki komandanın 5 və ya daha çox qol vurduğu altıncı görüş kimi düşüb. Bu­nadək bir dəfə Premyer Liqa (əvvəlki güclülər dəstəsi), dörd dəfə I Divizi­onda (əvvəlki birinci dəstə) belə qar­şılıqlı məhsuldarlıq qeydə alınıb. Hə­min oyunların hamısı heç-heçə bitdiyi üçün 5 və ya daha çox qol buraxan­ların heç biri qalib gəlməyib. Yüksək liqadakı görüş 6:6, digərləri eyni – 5:5 hesabı ilə nəticələnib. 

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman