İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru Gert Yan Koopman ilə görüşüb.
Nazirlikdən XQ-yə verilən məlumata görə, görüşdə müasir yanaşmaların tətbiqi, “yaşıl” və rəqəmsal inkişafa keçidin sürətləndirilməsinin önəmi qeyd olunub.
Müzakirələrdə, həmçinin dayanıqlı həllər istiqamətində tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.