Taekvondoçularımız İnsbrukda

post-img

Bu gün taekvondo üzrə açıq Avstriya çempionatı start götürür. İnsbruk şəhərində təşkil edilən ya­rış iki gün davam edəcək. Çempio­natda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Azərbaycan Taekvondo Federasi­yasının məlumatına görə, ölkəmiz G1 kateqoriyalı beynəlxalq yarışda böyük məşqçi Elnur Amanovun rəhbərliyi al­tında 4 idmançı ilə təmsil olunacaq. Yığmamızın üzvlərindən açıq Avstriya çempionatında Qasım Maqomedov (63 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq) və Taleh Süleymanov (87 kq) güclərini sınayacaqlar.

Qeyd edək ki, dünən İnsbruka yol­lanan komandamız aprelin 3-də Bakı­ya qayıdacaq.

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman