Cüdoçularımızın Antalya sınağı

post-img

Antalyada cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb. Azər­baycanın cüdo üzrə milli komanda­sı yarışda 9 çəki dərəsində 12 kişi və 4 qadın idmançı ilə təmsil olu­nur.

Cüdoçular performans direkto­ru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığ­manın böyük məşqçi Elçin İsmayı­lov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış turnirdə iştirak edirlər.

Qeyd edək ki, turnirdə 85 ölkədən 600-dən çox idmançı medallar uğrun­da mübarizə aparır.

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman