Boks üzrə xatirə turniri

post-img

Bakıda Boks Mərkəzində yeniyetmə dəri əlcək ustaları arasında ümummilli lider Hey­dər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir start götürüb. 

Azərbaycan Boks Fe­derasiyasının mətbuat xid­mətindən verilən məlumata görə, yarış 5 gün davam edə­cək.

Turnirdə Azərbaycan yığması ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Tacikistan, Qırğı­zıstan, Bosniya və Herseqo­vina, Belarus, İsrail və Mol­dova boksçuları da mübarizə aparırlar. Komandamızın baş məşqçisi Vaqif Kazımov turnirdə 40 idmançını sınaqdan keçirə­cək. Ümumilikdə isə mükafatlar uğrunda 100-dən artıq boksçu gücünü sınayır.

Döyüşlər hər gün saat 16:00-da başlayır. 

Qeyd edək ki, yarışın baş ha­kimi Emil Qurbanəliyevdir.

 

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman