Tbilisidə qızıl medal-Video

post-img

Tbilisidə cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib. Azərbaycan Cüdo Federaaiyasının məlumatına görə,  ölkəmiz 13 çüdoçu ilə turnirə  qatılıb. 

Turnirin ilk günündə 60 kiloqram çəkidə mübarizə aparan cüdoçumuz Turan Bayramov yarımfinalda qazaxıstanlı təmsilçisi Kanat Seilkhanı ipponla məğlub edib. O, qızıl medal uğrunda görüşdə Gürcüstan cüdoçusu Giorgi Sardalaşvili ilə üz-üzə gəlib. Bu dəfə də qələbəyə sevinən tərəf Turan Bayramov olub. 

Qeyd edək ki, turnir 26-dək davam edəcək.

E.Abbasov

"Xalq qəzeti"


Xalq TV