“Zirvə Astara”dan ardıcıl ikinci qələbə

post-img

Həftəsonu Azərbaycan Basketbol Liqasında Astara Olimpiya İdman Kompleksində XX turun son oyunu keçirilib. 

“Zirvə Astara”  komandası doğma divarlar arasında “Neftçi” basketbolçularını qəbul edib. Oyuna üstün başlayan astaralılar sonradan üstünlüyü əldən versələr də, Zaur Paşayevin 4-cü dövrədəki inamlı oyunu sayəsində 89-81 hesablı qələbəyə seviniblər. Ən məhsuldar basketbolçular: “Zirvə Astara BK”-da  Zaur Paşayev  ( 24 xal, 7 ribaund), “Neftçi İK”-dən Mohsen Moradxani (25 xal, 10 ribaund) olublar.

Qeyd edək ki, XXI  turun oyunları 8-12 mart tarixləri aralığında baş tutacaq.

Elçin AĞAMİRZƏ,

“Xalq qəzeti”

İdman