Rayonlarda leysan və dolu gözlənilir

post-img

Ekologiya və Təbii Sərvətlər Na­zirliyi Milli Hidrometeorologiya Xidmə­tinin məlumatına əsasən mayın 28-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcək.

Şi­mal-qərb küləyi əsəcək, axşam cə­nub küləyi ilə əvəz olunacaq. Gecə 16-21°, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 60-70 faiz olacaq. Azərbaycanın rayonla­rında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi ra­yonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güc­lənəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 30-35°, dağlarda gecə 8-13°, gündüz 13-18° isti ola­caq. 

Q.QASIMOV, “Xalq qəzeti”

Ekologiya