Bu gün bölgələr yağışlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, mayın 20-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi əsəcək. Gecə 12-16°, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütu­bət gecə 65-75, gündüz 45-55 faiz olacaq. Azərbaycanın rayon­larında bəzi yerlərdə arabir ya­ğıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsə­cək. Havanın temperaturu gecə 11-16°, gündüz 22-27°, dağlarda gecə 3-8°, gündüz 8-13° isti ola­caq. 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Ekologiya