ABŞ Prezidenti Donald Tramp ölkəsinin Ukraynaya silah tədarükünü bərpa edəcəyini bəyan edib.
Bu açıqlama Pentaqonun Kiyevə zenit raketləri, dəqiq artilleriya və digər silahların tədarükünü dayandıracağını bildirməsindən bir neçə gün sonraya təsadüf edir. Tramp “Putindən qətiyyən razı olmadığını” deyib və 180 dərəcə dönərək, bazar ertəsi ölkəsinin Ukraynaya silah tədarükünü bərpa edəcəyini bildirib.
Tramp deyib: “Məcburuq. Özlərini müdafiə etməyi bacarmalıdırlar. Onlar hazırda çox ağır zərbə alırlar. Biz daha bir neçə silah göndərəcəyik - ilk növbədə, müdafiə silahları”.
Üç ildən çox davam edən müharibənin son həftələrində Rusiyanın hava hücumları və dron hücumları artıb, Ukrayna üçün çətin vəziyyət yaranıb. Rəsmilərin bildirdiyinə görə, təkcə son 24 saat ərzində Rusiyanın Ukraynaya endirdiyi aviazərbələr nəticəsində azı 11 mülki şəxs həlak olub, 7-si uşaq olmaqla 80-dən çox adam yaralanıb.
P.ƏMİRCANOV
XQ