“Qarabağ”ın yoxlama oyunu

post-img

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” komandası dünən burada yoxlama oyununu keçirib. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi “Metallist” (Xarkov) ilə üz-üzə gəlib. Qəzetimiz çapa verilərkən oyun davam edirdi.

Xatırladaq ki, Azərbaycan çempionu Bakıdakı ilk yoxlama matçında “Zirə"ni 4 cavabsız qolla üstələyib. “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da keçiriləcək.

M.HACIXANLI 
XQ

 

İdman