Güləşçilərimiz İtaliyada 1 gümüş, 2 bürünc qazanıblar

post-img

Azərbaycan güləşçiləri İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatının son günündə 1 gümüş, 2 bürünc medal qazanıblar. Omar Gülməmmədov (74 kq) ukraynalı Boqdan Oliynikə sonuncu xal prinsipinə əsasən (7:7) qalib gələrək üçüncü yeri tutub.

Anar Cəfərli (92 kq) gürcüstanlı Sandro Kuraşvilini 7:4 hesabıyla üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Bəşir Verdiyev (61 kq) bürünc medal görüşündə gürcüstanlı Saba Qambaşidzeyə sonuncu xal prinsipinə əsasən (9:9), Məhəmməd Abbaszadə (86 kq) isə ermənistanlı Razmik Yepremyana 0:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətləniblər.

Çempionatın son qarşılaşmasında Yusif Dursunov (125 kq) finalda rusiyalı İnal Qaqloyevə 0:11 hesabıyla uduzub və 2 il əvvəl olduğu kimi, bu dəfə də gümüş medalla kifayətlənməli olub.

M.HACIXANLI 
XQ

İdman