Arabir yaz yağışı...

post-img

Milli Hidrometeorologiya Xidmətindən redaksiyamıza verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. 

Havanın temperaturu gecə 8-13° isti, gündüz 14-18° isti olacaq. Atmos­fer təzyiqi 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz olacaq. 

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ay­rı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağ­lıq ərazilərdə sulu qar yağacağı ehti­malı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq. 

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Ekologiya