Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 19 yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 831 min 638 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 251 nəfər müalicə olunaraq sağalıb, 10 min 265 nəfər vəfat edib. Aktiv xəstə sayı 122 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 851, bu günə qədər isə ümumilikdə 7 milyon 602 min 283 test icra olunub.
“Xalq qəzeti”