Alimlər tibbi tədqiqatları dəyişdirməyə kömək edə biləcək insan DNT-sinin yenilənmiş xəritəsini hazırlayıblar.
İnsan genlərinin müxtəlifliyini daha yaxşı əks etdirən pangenom adlı xəritə elm adamlarına genetik fərqliliyin sağlamlığa və xəstəliklərə necə təsir etdiyini daha yaxşı anlamağa imkan verəcək. Genomik təbabətin hər kəsə müsbət fayda verəcəyi pangenom adlanan xəritə Afrika, Asiya, Amerika və Avropadan olan 47 nəfərin DNT məlumatlarından ibarətdir.
Bu xəritədən istifadə etməklə bir sıra xəstəliklərdə iştirak edən genləri araşdırmaq və daha yaxşı müalicə üsulları hazırlamaq mümkün olacaq.
Fidan SALMANOVA, “Xalq qəzeti”