Şəkidə futzal üzrə xatirə turniri

post-img

Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatı və Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə Şəki şəhərində ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar 18 komandanın iştirakı ilə “Şəki kuboku-2023” futzal tuniri keçirilib. 

Şəki Regional Ədliyyə İdarəsindən, Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsindən, Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Bölməsindən və Şəki Penitensiar Müəssisəsinin mühafizə sitaborundan təşkil olunan “Ədliyyə” komandası finalda Ədliyyə Nazirliyinin digər komandası “Penitensiar xidmət” ilə görüşmüşdür. 1:0 hesabı ilə qalib gələn “Penitensiar xidmət” turnirin qali­bi olmuş, “Ədliyyə”nin heyəti ikinci yer tutmuşdur. Beləliklə, Ədliyyə Nazirliyini təmsil edən komandalar turniri yüksək nəticə ilə baş vurmuşlar. 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

İdman