Bəzi ekspertlər süni zəkanın inkişafı ilə robotların bir çox sahələrdə insan əməyini əvəz edəcəyi barədə məlumat verirlər.
Mütəxəssislər isə hələ də süni intellektin edə bilmədiyi şeylərin olduğunu vurğulayırlar. Bildirirlər ki, bəzi yaradıcı sahələrdə yeni fikirlər irəli sürülməli və qeyri-adi işlər ortaya qoyulmalıdır. Lakin, alimlər emosional zəka və yaradıcı düşüncə kimi insana xas xüsusiyyətlərin süni ağıl tərəfindən yerinə yetirilməsinin mümkünsüzlüyünü qeyd edirlər. Elmdə, tibbdə və hüquqi işlərdə də yeni biznes strategiyalarının hazırlanmasının yalnız insana xas xüsusiyyət kimi dəyərləndirirlər.
Biznes məsləhətləşmələri və araşdırma jurnalistikası peşələrinin icrasının da ancaq insanlar tərəfindən görülməsini məqsədəuyğun hesab edirlər. Düşünürlər ki, bu işlərdə insanları anlamağı bacarmalı, onların nə istədiyini bilməlisən. Süni intellekt isə insan zəkasına nisbətən bu əlaqələri inkişaf etdirməkdə çətinlik çəkir.
Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

