“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ  Layihələr üzrə konseptual təkliflərin hazırlanması məqsədilə MÜSABİQƏ ELAN EDİR

post-img

İşğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işlə­rində memarların iştirakını təmin etmək, həmçinin layihələrin icrası zamanı yaradıcı yanaşmaların tətbiqinə şərait yaratmaq məqsədilə Qarabağ İqtisadi Rayonunda Bərpa Tikinti və İdarəetmə Xidməti tərə­findən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin köməyi ilə aşağı­dakı layihələr üzrə konseptual təkliflərin cəlb edilməsi həyata keçirilir.

Layihələrin adları:

Füzuli şəhərinin giriş kompleksinin (şəhərə giriş) konseptual həlli­nin hazırlanması. 

Ağdam şəhərinin giriş kompleksinin (şəhərə giriş) konseptual həl­linin hazırlanması. 

Hadrut qəsəbəsinin giriş kompleksinin (qəsəbəyə giriş) konseptual həllinin hazırlanması. 

Ağdam şəhərində Şəhidlər xiyabanının və memorial kompleksinin konseptual həllinin hazırlanması. 

Konseptual təklifin hazırlanması üçün əsas – layihə tapşırığı. 

Təşkilati –hüquqi sənədlərin təqdim edilməsi üçün son tarix və saat - 19 may 2023-cü il saat 18.00-dır.

Konseptual təkliflərin təqdim edilməsi üçün son tarix və saat - 5 iyun 2023-cü il saat 18.00-dır.

İştirak etmək istəyən layihəçilər tərəfindən aşağıdakı sənədlərin və məlumatların hər iki elektron ünvana ([email protected], [email protected]) göndərilməsi xahiş olunur. 

Təqdim olunan sənədlər və məlumatlar qəbul edildikdə iştirakçıya bu barədə bildirişlə birlikdə layihə tapşırığı və zəruri məlumatlar təq­dim edilir.

Qeyd-müxtəlif elanlar üzrə təklif vermək üçün sənədlərin və məlu­matların bir dəfə təqdim edilməsi və qəbul olunması kifayətdir.

Təşkilati-hüquqi sənədlər:

1) Təşkilati strukturu, nizamnaməsi və kommersiya hüquqi şəxslə­rin reyestrindən çıxarış sənədi. 

2) Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma ic­raatı tətbiq edilən bina və qurğuların layihələndirilməsinə icazə verən lisenziya.

Potensialın təsdiqi:

1) Analoji işlərdə təcrübəsinin təsviri (ümumiləşdirilmiş məlumat, müqavilələr, referans məktubları və s.).

2) Şirkətin icra etdiyi layihələrin əks olunduğu portfolio.

3) İşin tam həcmdə (işçi layihəsi səviyyəsində) icrası üçün hər bir əməkdaşın öhdəsinə düşən vəzifə və tapşırığı göstərməklə təklif olu­nan əməkdaşlar qrupunun tərkibi (layihə rəhbəri, memar, konstruktor, elektrik, su, kanalizasiya və s. sahələr üzrə mütəxəssislər).

4) İşin tam həcmdə (işçi layihəsi səviyyəsində) icrası üçün qrupun tərkibinə daxil olan mütəxəssislərin tərcümeyi-halı (CV), həmçinin bu mütəxəssislərin əmək müqaviləsi bildirişi və ya bu layihəyə cəlb olu­nacağı barədə niyyət razılaşması. 

Layihələrin təqdim edilmə forması- 1 ədəd A3 ölçülü .pdf formatlı təqdimat faylı.

Layihə təkliflərinin daxili qiymətləndirilməsinin nəticəsi kimi yalnız ilkin müsbət rəy almış təkliflərin müəllifləri ilə əlaqə yaradılacaq.

Bütün iştirakçıların müəllif hüquqlarının qorunmasına zəmanət ve­rilir.

Reklam və elan