Martın 28-nə olan hava proqnozu

post-img

Martın 28-də

Bakıda və Abşeron yarımada­sında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz cə­nub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 7-11°, gündüz 16-21° isti olacaq. Atmos­fer təzyiqi 758 mm civə sütunu, nisbi rü­tubət 65-75 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Or­dubad, Sədərək, Şahbuz və Şərur ra­yonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Bəzi yerlər­də duman olacaq. Qərb küləyi əsəcək. Gecə 4-9°, gündüz 17-22° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daş­kəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağ­mursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsə­cək. Gecə 1-6°, gündüz 6-11° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəl­bəcər, Qubadlı, Laçın, Zəngilan rayon­larında bəzi yerlərdə arabir yağıntılı ola­cağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb külə­yi əsəcək. Gecə 0-5°, gündüz 6-11° isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə du­man olacaq. Mülayim qərb küləyi əsə­cək. Gecə 6-11°, gündüz 18-23° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 5-10°, gündüz 16-21° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacaq. 

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Sa­atlı, Şirvan, Hacıqabul, Salyan, Neft­çala rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 6-11°, gündüz 18-23° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkə­ran, Astara rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Arabir duman ola­caq. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 8-12°, gündüz 17-22°, dağlarda gecə 7-10°, gündüz 14-17° isti olacaq. 

 

Ekologiya