İsraildə məhkəmə islahatı dayandırıldı

post-img

İsraildə Baş naziri Benyamin Netanyahu­nun təklif etdiyi məhkəmə islahatlarına qarşı 12 həftədən bəri davam edən kütləvi etirazlar polislə toqquşmalar yaradıb. Dünən müdafiə naziri Yoav Qalantın istefaya göndərilməsi isə etiraz aksiyalarını daha da gücləndirib. Polis­lər nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etməli olublar. Məlumatı TASS verib. 

Bildirilir ki, ölkədə tətillər çərçivəsində uşaq bağ­çaları, məktəblər və ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Eyni zamanda, Ben Qurion beynəlxalq aeroportu uçuşlara müvəqqəti ara verib. 

Nəhayət, dünən Netanyahu məhkəmə islahat­larını dayandırmaq niyyətində olduğunu bildirib. Bu barədə o, fraksiya liderləri ilə görüşdən sonra qərar qəbul edib. “Radio Kan”ın məlumatına görə, İsrail Prezidenti İshaq Hersoq mitinqlərə görə ölkə­nin təhlükəsizliyinin və iqtisadiyyatının təhdid altına düşdüyünü bəyan edərək Baş naziri islahatları da­yandırmağa çağırıb. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər