Türkmənistanda parlament seçkiləri başa çatıb

post-img

Martın 26-da 7-ci çağırış Türkmənistan par­lamentinə, eləcə də vilayət, rayon, şəhər xalq şuraları və yerli özünüidarə orqanlarına seç­kilər keçirilib. Seçkilərdə Demokrat Partiyası, Türkmənistan Sənayeçilər və Sahibkarlar Par­tiyası, Aqrar Partiya və vətəndaşların təşəbbüs qrupları iştirak ediblər. Ümumilikdə, parlament­dəki 125 yerə deputatlar seçilib. Qeydə alınmış namizədlərin sayı isə 258 nəfər olub. Məlumatı “İzvestiya.ru” verib.

Rəsmi məlumatlara görə, əhalisi 6,2 milyon nəfər olan Türkmənistanda 3 milyon 496 min 475 seçici qeydə alınıb.

Səsvermədə Prezident Sərdar Berdiməhəm­mədov da iştirak edib. Dövlət başçısı qeyd edib ki, seçkilər yüksək səviyyədə təşkil edilib və alternativ əsasda keçirilib. Seçki prosesinin mədəniyyət təd­birləri ilə müşayiət olunması onun səviyyəsini və əhəmiyyətini daha da artırıb. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər